AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Yeni seçilmiş Həmkarlar ittifaqı komitələrinin sədrləri və üzvləri həmkarlar ittifaqlarının təşkilati işinin əsaslarını öyrənirlər


image small

Cari il dekabrın 4-dən 6-dək yeni seçilmiş həmkarlar ittifaqı işçiləri üçün “Həmkarlar ittifaqı təşkilatının təşkilati işinin nəzəriyyəsi və təcrübəsi ”  mövzu ilə bağlı kurslar keçirilmişdir.

Kurslarda 31 nəfər iştirak etmişdir. Kursun mövzusundan asılı olaraq proqrama aşağıdakı mövzular daxil edilmişdir:AR  Əmək Məcəlləsi : izahlar və şərhlər”, “İlk həmkarlar ittifaqı təşkilatında təşkilati iş. (Həmkarlar ittifaqı təşkilatçısının (orqanayzinqin) rolu. İlk həmkarlar ittifaqı təşkilatlarında müasir kargüzarlıq sistemi və sənədlərlə işin təşkilində tətbiq olunan prosedurlar.   Həmkarlar ittifaqı təşkilatının işinin planlaşdırılması. Seçilmiş həmkarlar ittifaqı orqanlarının  üzvləri ilə işin təşkili)”, “Həmkarlar ittifaqları fəaliyyətinin normativ-hüquqi bazası (Azərbaycan  Respublikası Konstitusiyası, Beynəlxalq Standartları əmək sahəsində, AR Əmək Məcəlləsi, AR "Həmkarlar ittifaqları haqqında" Qanunu)”.

Gələn il seçki kampaniyasının keçiriləcəyini nəzərə alaraq, bu mövzuya «Hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının işinin əsas istiqamətləri» xüsusi diqqət yetirildi . Burada onun təşkili və keçirilməsinin əsas mərhələləri üzərində ətraflı  izahat verildi .

Bu mövzular da kurs proqramına daxil edilmişdi:  “Kollektiv müqavilə hüquqi akt kimi. Sosial tərəfdaşlığın qanunvericilik əsasları” , “İlk  həmkarlar ittifaqı təşkilatında maliyyə işinin xüsusiyyətləri”. “Nəzarət-təftiş komissiyanın işinin əsas istiqamətləri”,  “Həmkarlar ittifaqı rəhbərlərinin xidməti üçün yeni internet texnologiyaları”. “Həmkarlar ittifaqı komitəsində texnikası fərdi iş texnikası”, “İşgüzar ünsiyyət psixologiyası”, “Ünsiyyət bacarıqlarının inkişafı”.

Kursların sonunda aşağıdakı mövzular üzrə yekun panel diskussiya keçirdik: “Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası  və ilk yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması” və “Həmkarlar ittifaqı təşkilatın imicinin dəyişdirilməsi realıq və perspektivlər .”

Dövlət qurumlarının mütəxəssisləri, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, və Sahə Həmkarlar İttifaqı Respublika Komitələrinin həmkarlar ittifaqı işçiləri və həmkarlar ittifaqı komitələrinin təcrübəli sədrləri, həmçinin:

Fəridə Hacıyeva -- AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Əmək siyasəti” şöbəsinin baş məsləhətçisi ,  Rəşad Əliyev –İT ekspert, Ruslan Bağırov- AHİK-in hüquq şöbəsinin müdir müavini ,  Mirzə Cəfərzadə  Təhsil iş. HİRK sədr müavini,

Hökümə Əkbərova- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının baş mühasibi, Abbasəli Rüstəmli -  “Taghiyev Operating Company” MMC HİK-in  sədri.

05.12.2023  [ 08:24 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.