2022/2023-cü tədris ilində Akademiyaya qəbul olan I tədris ili tələbələri və onların valideynləri ilə görüş keçirildi


15.09.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında I tədris ili tələbələri və onların valideynləri ilə görüş keçirildi. Görüş karantin qaydalarına tam əməl olunmaqla həyata keçirildi. Görüşdə öncəliklə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara bu təhsil ocağının tarixi haqqında məlumat verdi. Tələbələrin və valideynlərin maraqlandığı suallara ətraflı cavab verildi. Görüşün sonunda  tələbələr fakültələrlə, kafedralarla və kitabxana ilə tanış oldular.