Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqlarının (ATiAHi) konfransı


Sentyabrın 8-i Azərbaycan Təhsil işçiləri  Azad Həmkarlar ittifaqlarının (ATiAHi) Nabranda
yerləşən "Təhsil" istirahət mərkəzində konfrans keçirilmişdir. 
"Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin  artırılması, onların azərbaycançılıq və dövlətçilik
ruhunda tərbiyə edilməsində, milli-mənəvi  dəyərlərimizin dərindən mənimsənilməsində  Həmkarlar ittifaqlarının vəzifələri" mövzusunda 
keçirilən həmin konfransda 20 ali təhsil müəssisəsindən 120 tələbə iştirak etmişdir. O cümlədən, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  5 tələbəsi konfransa qatılmış və AƏSMA THİK sədri-Məhəmməd Baxşəliyev konfransda çıxış etmişdir.