Rusiyanın Moskva şəhərində MADİ Universitetində “Yeni Nəsil” flaqman gənclər proqramı çərçivəsində beynəlxalq konfrans


03.07-10.07.2022-ci il tarixlərində Rusiyanın Moskva şəhərində MADİ Universiteti tərəfindən “Yeni Nəsil” flaqman gənclər proqramı çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.  Hər il bu proqram çərçivəsində Rusiyaya 1000-ə qədər gənc lider - müxtəlif sahələrdən olan xarici mütəxəssislər gəlməkdədir. Konfransda Azərbaycan nümayəndələri sırasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının HİH və Sosial Fənlər Kafedrasının müəllimi Kənan Abbasov iştirak etmişdir.