AƏSMA-nın əməkdaşlarının Turkiyənin Niğde şəhərində IX Uluslararası Türk Dünyası Araşdırılmaları Sempoziumunda iştirakı


7-11 iyun tarixlərində Turkiyənin Niğde Ömer Halisdemir Üniversitetində IX Uluslararası Türk Dünyası Araşdırılmaları Simpoziumunda Azərbaycan Əmək və Sosial  Münasibətlər Akademiyasının əməkdaşlarından “Sosial iş” fakültəsinin dekanı S.O.Məmmədova, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri dos. N.Y.Mikayılova iştirak etmiş və maraqlı mövzularda çıxış edərək sertifikatlarla təltif olunublar.

dos. N.Y.Mikayılova  2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar Şuşaya həsr olunmuş təqdimatla çıxış etmiş, sonda videoçarx nümayiş etdirilmişdir.