Türkiyənin Manisa Cəlal Bayar Universitetində 360 Dərəcə 8-ci Beynəlxalq Tələbə Konqresi keçirildi


26 may 2022-ci ildə Türkiyənin Manisa Celal Bayar Universitetində “Küresel İklim Krizi ve Yeni Ekonomik Yapı” mövzusunda 360 Dərəcə Beynəlxalq Tələbə Konqresində 8 ölkədən 22 müxtəlif universitetlərin tələbə və məsləhətçiləri iştirak etmişdir. 

Manisa Cəlal Bayar Universiteti Rektor müavini prof.dr. Ramazan Gökbunar, Manisa Cəlal Bayar Universiteti “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanı prof.dr. Cüneyt Yenal Kesbic, konqres tərəfdaşı universitetlərdən Qırğızıstan-Türkiyə Manas Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin dekanı prof.dr. Serhat Burmaoğlu və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva açılış nitqində iştirak etmişdir.

Eyni zamanda Kongresdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri müxtəlif mövzularla çıxış etmişlər. 

1.Aynur RÜSTƏMOVA, Elmi rəhbər: Təranə Əhmədova

Sığorta Riskləri Və Anderraytinq

2. Mətanət ABBASOVA, Elmi rəhbər: Pərvin Məmmədova

Qarabağın Dirçəlişinə Türkiyə Dövlətinin Dəstəyi

3. Cəlilova LEYLA, Elmi rəhbər: i.ü.f.d. Səadət Quliyeva

Mərkəzi Bankın Maliyyə Nəzarəti

4. Nicat RZAYEV, Elmi rəhbər: i.e.d. Vilayət İsmayılov

Beynəlxalq Turizmin İnkişafında İnformasiya Texnologiyalarının Rolu

5. Aysun TEYMURZADƏ, Elmi rəhbər: tex.ü.f.d. Niyar Umarova

E-devlet çağın gereği

6. Töhfə TAĞIZADƏ, Elmi rəhbər: Kərimova Vüsalə

Dövlətin Dayanıqlı İnkişaf konsepsiyası

7. Nərmin ISMAYILOVAElmi rəhbər: Kərimova Vüsalə

Qlobal İstileşme Problemi