“Şuşa ili”nə həsr olunmuş “Postmüharibə dövrünün reallıqları və perspektivlər” mövzusunda Respublika tələbə elmi konfransı


26.05.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Postmüharibə dövrünün reallıqları və perspektivlər” mövzusunda Respublika tələbə elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru prof. Fərhad Möhbalıyev bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin məhz “Şuşa ili” kimi səciyyələndirilməsi də çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Prorektor qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Daha sonra Fərhad müəllim konfransın işinə uğurlar arzulamışdır.

Konfransda “İqtisadiyyat”, “Ümumi fənlər”, “Humanitar və Sosial fənlər”, “İKT və Təbiət elmləri” bölmələrində ölkənin müxtəlif universitetlərindən tələbələr öz məqalələri ilə çıxış etmişlər.