15.12.2021-ci il tarixdə Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə (2021-2027) məlumatlandırma sessiyası keçirilib.


Azərbaycan Texniki Universitetində Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə (2021-2027) məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 30 ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edib.

Məlumatlandırma sessiyasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Beynəlxalq Əlaqələr " şöbəsinin müdiri dosent Mahir Calalov, "Keyfiyyətin təminatı və monitorinq " şöbəsinin müdiri Pərvin Məmmədova və "İnnovasiya və karyera" şöbəsinin müdiri Hikmət Mirzəyev iştirak ediblər.

Milli Erasmus+ Ofisinin təşkilatçılığı ilə keçirilən məlumatlandırma sessiyasında ofisin direktoru Pərviz Bağırov ali təhsildə Erasmus+ proqramları, o cümlədən mobillik, Jean Monnet (CBVET, EMJM/EMDM) və potensialın gücləndirilməsi üzrə yeni çağırışların xüsusiyyətləri haqqında məlumat verib.

Daha sonra Təhsil Nazirliyinin “Elm, ali və orta ixtisas təhsili” şöbəsinin baş mütəxəssisi Vüsalə Qurbanova ali təhsildə potensialın gücləndirilməsi üçün Azərbaycanın milli prioritet istiqamətləri haqqında təqdimatla çıxış edib.