05 noyabr 2021-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Zəfər Günü”nə həsr olunmuş “Qarabağa qayıdış” adlı tədbir keçirilib.


Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri açıq elan edən Akademiyanın rektoru professor Hüseyn Qaraşov  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışıb. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni  şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğulayan rektor, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirib.
Tədbir Akademiyanın tələbələrinin hazırladığı “Qarabağa qayıdış” adlı bədii kompozisiya ilə davam edib.

Tədbirin sonunda Akademiyanın rektoru professor Hüseyn Qaraşov  və Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru professor Fərhad Möhbalıyev tədbir təşkilatçılarına və tələbələrə öz təşəkkürlərini bildirdilər.