Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ali təhsil müəssisəəlri ilə daxili keyfiyyət təminatı ilə bağlı görüş təşkil etdi


Təhsildə Keyfiyyət Təminatı Agentliyi  daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfİyyət təminatı struktur bölmələrinə dəstəyin təmin olunması məqsədilə, ali təhsil müəssisələrində fəaliyyət göstərən keyfiyyət təminatından məsul şəxs və struktur bölmə rəhbərləri ilə  görüş təşkil etmişdir. Sözügedən görüş bu gün Azərbaycan Texniki Universitetində əyani formada keçirilmişdir.  Görüşdə akademiyanın “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyev iştirak etmişdir.