Akademiya “Azərbaycanda rektorlar konfransı (şurasının) yaradılması (ECAR)” adlı Erasmus+ KA2 layihəsinə assosativ tərəfdaş kimi qəbul edilib


Avropa Birliyinin maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin rəhbərliyi ilə icra olunan “Azərbaycanda rektorlar konfransının (şurasının) yaradılması (ECAR)” Erasmus+ KA2 layihəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) da assosativ tərəfdaş kimi iştirak etmək hüququ qazanmışdır.

Qeyd edək ki, 2021-2023-cü illər müddətində icra olunacaq layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı (şurası) yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. 

Layihənin tərəfdaşları siyahısına Azərbaycandan 18 (15 əsas və 3 assosativ), eyni zamanda Fransa, İsveç, Belçika, Litva, Polşa Universitetləri və rektorlar konfransları (şuraları) daxildir. 

Sözügedən layihənin AƏSMA üzrə əlaqələndirici şəxsi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Mahir Cəlalovdur.