Bakı Nəqliyyat Agentliyinin Şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçısı olmuş qazilərin övladlarına dəstəyi


Məlum olduğu kimi Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük vətən müharibəsində igidlik göstərərək tarixi qələbə əldəetmiş vəərazi bütövlüyümüz təmin edilmişdir. 

Vətən müharibəsi dövründə hərbiçilərimizə dəstək məqsədilə Bakı Nəqliyyat Agentliyi də öz növbəsində bir sıra sosial və maarifləndirmə xarakterli aksiyalar həyata keçirir. Aksiyada iştirak etmək üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan (bu il qəbul olanlar da daxil olmaqla) Şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçısı olmuş qazilərin övladları özləri haqqında məlumatları (tələbənin adı, soyadı, atasının adı, qrup nömrəsi) dekanlığa təqdim edə bilərlər.