Azərbaycan Respublikası Təhsil Nazirliyinin COVİD-19-a qarşı vaksin tələbi


Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumatına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarına əsasən 1 sentyabr 2021-ci il tarixdan mülkiyyat formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza,  1 oktyabr tarixdən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb edilir . Bununla yanaşı, həmin qərara əsasən 1 sentyabr 2021 ci il tarixdən ali və orta ixtisas təhsili müəssislərində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb edilir.