Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb


28 may 2021-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Dövlət başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov görüşdə iştirak edib.