Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Elmi Cəmiyyəti “Vətən mənə oğul desə nə dərdim” adlı tədbir keçirib.


02.04.2021-ci il tarixində AƏSMA-nın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Vətən mənə oğul desə nə dərdim” adlı onlayn tədbir keçirilib. Aygün Bağırzadənin ideyası əsasında keçirilən tədbirin moderatoru, Akademiyanın metodisti Kənan Abbasov giriş sözü ilə çıxış edərək,  xalqımızın qəhrəmanlıq tarixindən danışıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru  Fərhad Möhbalıyev  son 30 ildə xalqımızn erməni terrorçularına qarşı apardığı gərgin mübarizədən, vətən oğullarının qəhrəmanlığından söz açıb.

Sonra Ümumi fənlər kafedrasının müdiri Niyar Umarova aprel döyüşləri və 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədən bəhs edib.

Tədbirdə Maliyyə-iqtisad fakültəsinin I kurs tələbələri Röya Məmmədova Məmməd Arazın “Azərbaycan” şeirini, Fatimə Məmmədova “Xarı bülbül” monoloqunu, Sosial iş fakültəsinin III kurs tələbəsi Fatimə Rəsulova “Zəfərə gedən yol” adlı məqaləsini səsləndiriblər.

Arzu edənlər Tədbirin video çarxına aşağıdakı link vasitəsilə baxa bilərlər

https://aesmaeduaz.sharepoint.com/sites/02.04.2021TlbElmiCmiyytininseminar/Shared%20Documents/General/Recordings/%E2%80%9C44%20g%C3%BCnl%C3%BCk%20V%C9%99t%C9%99n%20m%C3%BCharib%C9%99si%E2%80%9Dn%C9%99%20h%C9%99sr%20olunmu%C5%9F%20%E2%80%9CV%C9%99t%C9%99n%20m%C9%99n%C9%99%20o%C4%9Flu%20des%C9%99%20n%C9%99%20d%C9%99rdim%E2%80%9D%20m%C3%B6vzusunda%20T%C9%99l%C9%99b%C9%99%20Elmi%20C%C9%99miyy%C9%99tinin%20seminar%C4%B1-20210402_150059-Toplant%C4%B1%20Kayd%C4%B1.mp4?web=1