Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Marketinqin artan nüfuz dairəsi" mövzusunda online “elmi-seminar” keçirilmişdir.


     “Maliyyə-İqtisad” fakültəsinin təşkilatçılığı ilə 09.03.2021-ci il tarixində, saat 15:00-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tələbələri üçün "Marketinqin artan nüfuz dairəsi" mövzusunda online “elmi-seminar” keçirilmişdir. Seminarı “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva açaraq, seminarın tələbələr və digər qoşulan qonaqlar üçün maraqlı olacağını bildirdi. Seminar “Brief. Company”-nin təşkilatçısı Orxan Salmanov tərəfindən keçirilərək marketinq haqqında, sosial  media marketinqi, sosial  media meneceri, sosial media istifadəçiləri, rəqəmsal marketinq, rəqəmsal marketinqin gələcəyi kimi məsələlərə toxundu və tələbələrin sualları cavablandırdı. Sonda “Maliyyə və mühasib uçotu” kafedrasının müdiri dos. Nurəngiz Mikayılova online seminarların keçirilməsinin əhəmiyyətini qeyd etdi və seminarın aparıcısı Orxan Salamanova və əsas təşkilatçılarında biri olan metodist Kənan Abbasova öz təşəkkürünü bildirdi.

      Arzu edənlər seminarın video nümayişinə baxmaq üçün aşağıdakı linkdən istifadə edə bilərlər. (linkə qoşularkən teams account və parolunuzdan istifadə etməyi unutmayın)

https://aesmaeduaz.sharepoint.com/sites/Marketinqinartannfuzdairsielmiseminar/Shared%20Documents/Forms/AllItems.aspx?id=%2Fsites%2FMarketinqinartannfuzdairsielmiseminar%2FShared%20Documents%2FGeneral%2FRecordings%2F%D0%9D%D0%B0%20%D1%81%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%BD%D0%B8%D0%B8%2D20210309%5F150208%2D%D0%97%D0%B0%D0%BF%D0%B8%D1%81%D1%8C%20%D1%81%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%BD%D0%B8%D1%8F%2Emp4&parent=%2Fsites%2FMarketinqinartannfuzdairsielmiseminar%2FShared%20Documents%2FGeneral%2FRecordings