Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Ümumi fənlər” kafedrasının müdiri, fr. elmlər namizədi, dosent Süleyman Məlik oğlu Şirinov dünyasını dəyişmişdir.


Dosent S.M.Şirinov 1934-cü il yanvarın 26-da Ağdaş rayonunda anadan olmuş, 1951-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) "Fizika-riyaziyyat" fakültəsinə daxil olmuş və 1955-ci ildə təhsilini başa vurmuşdur. 1959-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki ADNSU-nin) "Neft-mexanika" fakültəsinə daxil olmuş və 1964-cü ildə təhsilini başa vurmuşdur. 1985-ci ildə fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsi, 23 may 2011-ci ildə isə dosent elmi adını almışdır.

2000-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllim vəzifəsində işə başlamışdır. Daha sonra dekan və kafedra müdiri vəzifələrində çalışmışdır.

Bütün akademiya heyəti Süleyman müəllimi hörmətlə anır və Allahdan rəhmət diləyirik.