Akademiyada əlavə təhsil almaq şansı!


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə

əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir:

1.     Mühasibat*

2.     Maliyyə*

3.     İqtisadiyyat*

4.     Dövlət və bələdiyyə idarəetməsi*

5.     Sosial iş

(Qarşısında * işarəsi qoyulmuş ixtisaslarda əyani təhsil forması ilə yanaşı qiyabi təhsil forması da mövcuddur)

Yuxarıda qeyd olunmuş ixtisaslar üzrə əlavə təhsil almaq istəyənlər aşağıdakı sənədləri avqust ayının 18-dən, sentyabr ayının 5-dək akademiyanın qebul@aesma.edu.az elektron poçt ünvanına göndərməlidirlər.

  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun) və diplom əlavəsinin surətləri (notarial qaydada təsdiq olunmuş)
  • Əmək kitabçasının surəti ( hal-hazırda işləməsi göstərilmək şərti ilə)
  • 3х4 sm ölçüdə 4 ədəd fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti

Əlavə təhsil almaq üçün Akademiyaya  sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 181

Telefon: (012) 563-13-07

Elektron poçt: qebul@aesma.edu.az