AƏSMA-da onlayn formatda imtahanlara start verildi!


  İyunun 8-də  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ilk dəfə olaraq onlayn formatda semestr imtahanlarının keçirilməsinə başlanıb. 10:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub.  

   Qeyd edək ki, ölkədə Koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən  AƏSMA-da ənənəvi tədris dayandırılıb, aprelin 13-dən isə  AƏSMA-da Microsoft Teams platforması üzərindən onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahana hazırlığı da onlayn formatda təşkil olunub və imtahan öncəsi təlbələrə güzəştlər olunub.  

   Onu da qeyd edək ki, bu gün AƏSMA-da start götürən onlayn yay imtahan sessiyası iyulun 9-da yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust sentyabrın  aylarında növbəti dəfə imtahan verə biləcəklər.