Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  31.05.2020-ci il tarixli   Elmi Şurasının qərarı.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  31.05.2020-ci il tarixli   Elmi Şurasında tələbələrin gözlədiyi bir sıra qərarlar qəbul edilib:

  1. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcəklər.
    ÜÖMG-yə uyğun olaraq yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin iyun ayının 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanı təşkil ediləcək.
  2. Yaz semestrində Microsoft Teams platforması üzərindən onlayn dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı 34-50 bal arası hesablanacaq.
  3. Onlayn dərslərdə iştirak etməyən tələbələr üçün imtahanlara giriş balı 34 bal olacaq.
  4. Akademik borclarını ləğv etmək üçün alt qruplarda dərslərə yazılan tələbələrə imtahana giriş balı 34 bal, imtahan balı isə 17 bal hesablanacaq. (Yəni tələbə bibaraşa olaraq imtahandan keçmiş hesab olunur).
  5. Yaz semestrinin imtahan sessiyası üçün imtahan sualları fənn saatlarından asılı olaraq aşağıdakı kimi hazırlanacaq:
  • 90-75 saatlıq fənlər üçün – 50 imtahan sualı;
  • 60-45 saatlıq fənn üçün – 40 imtahan sualı;
  • 30 saatlıq fənn üçün – 30 imtahan sualı.

  Qeyd: İmtahan sualları ən qısa zamanda tələbələrə göndəriləcəkdir.

  1. Tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
  2. Elmi Şuranın qərarı ilə razılaşmayan tələbələr 05.07.2020-ci il tarixinə kimi ərizə ilə dekanlığa müracət edərək avqust ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabr ayının 01-12 arası imtahanlarda iştirak edə bilərlər.
  3. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.