“İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda maarifləndrimə tədbiri.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda maarifləndrimə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan  akademiyanın tədris və elmi işlər üzrə  prorektoru Fəhrad Möhbalıyev iştirakçılara icbari tibbi sığortanın ölkəmiz üçün vacib olduğunu bildirib.

Agentliyin əməkdaşları Nurlan Məmmədov və Vüsal Əzizov icbari tibbi sığortanın məqsədi, mərhələli tətbiqi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, müştərək maliyyələşmə məbləği, tibbi ərazi bölmələri haqqında təqdimatla çıxış edib.
Tədbir sual cavab sessiyası ilə yekunlaşıb.