“Milli Təhlükəsizliyin İqtisadi və Sosial-Mədəni Aspektləri” mövzusunda Beynəlxalq elmi Konfrans keçiriləcək


5 may 2020-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Milli Təhlükəsizliyin İqtisadi və Sosial-Mədəni Aspektləri” mövzusunda Beynəlxalq elmi Konfrans keçiriləcəkdir. Konfransın keçirilməsində əsas məqsəd milli dəyər, mənafe və məqsədləri, insan, cəmiyyət və dövlətin qarşılıqlı tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, mədəni və digər tələbatların məcmusundan ibarət olan milli maraqların qorunmasında, milli ideologiyanın təşviqində elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri geniş təbliğ etməkdən ibarətdir.

Konfransın elmi istiqaməti iqtisadi, sosial, təbiət və sosiologiya elmləridir.

Konfransa təqdim olunacaq tədqiqatlar elektron formada göndərilməlidir. Məqalə göndərmək üçün son müraciət tarixi isə 10 aprel 2020-ci ildir. Yazı qaydaları və konfransla bağlı daha ətraflı məlumatı https://docs.google.com/forms/d/e/1FAIpQLSeRvPdMDfIeByDgXnmW0a9aoV1AHffKwKwIUEgyRpjmogrfjQ/viewform  linkdən  əldə etmək mümkündür.