Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş  konfrans.


 20 dekabr 2019-cu ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görkəmli icimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş  konfrans keçirilmişdir. Görkəmli şəxsiyyətin həyat və fəaliyyəini əks etdirən video-çarxın nümayişindən sonra Akademiyanın rektoru, professor Hüseyn Qaraşov tədbiri giriş sözü ilə açaraq 2019-ci ilin 10 aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamına uyğun olaraq respublikanın hər yerində müxtəlif tədbirlərin keçirildiyini bildirdi. O, böyük mütəfəkkirin apardığı milli müca­dilənin müxtəlif istiqamətlərindən, onun bir alim, tədqi­qat­çı, tənqidçi, hüquqşünas, millət fədaisi olması barədə məlumat verdikdən sonra sözü mə­ru­zəçilərə verdi. AMEA  Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.f.d. Fərhad Cabbarov “Əhməd bəy Ağaoğlu türk dünyasının görkəmli ictimai-siyasi xadimi kimi”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, f.f.d., dosent Hörmət Cavadova “Türkiyə-Azərbaycan ictimai-siyasi və mədəni əlaqələrində Əhməd bəy Ağaoğlunun rolu”, Akademiyanın müəllimi, s.e.f.d. Məsud Musayev “Əhməd bəy Ağaoğlunun siyasi fəaliyyətinin Türkiyə dövrü”, kafedra müdiri, f.f.d., dosent Zeynəddin Şabanov  “Azərbaycan Xalq Cümhuriyyəti və Əhməd bəy Ağaoğlu” mövzularında maraqlı məruzələr söylədilər. Məruzələrdə Ağaoğlunun həyat və yaradıcılığı, türkçülük, islamçılıq, islahatçılıq istiqamətindəki maarifçilik fəaliyyəti,  elmi publisistikası,  ictimai-siyasi fəaliyyəti, milli oyanışda misilsiz xidmətləri, hədsiz vətənpərvərliyi, AXC-nin yaranmasında rolu, onun yaratdığı “Difai” təşkilatının əzmkarlığı və erməni daşnaklarına qarşı mübarizəsi barədə geniş məlumat verildi. Məruzələr ətrafındakı çıxışlarda da aktuallıq kəsb edən fikirlər səsləndirildi.