Birinci kurs tələbələrinin valideyinləri ilə görüş keçirildi.


23.11.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasi­bət­lər Akademiyasında birinci kurs tələbələrinin valideyinləri ilə görüş keçirildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, onlara bu təhsil ocağının tarixi haqqında məlumat vermiş  valideyinləri maraqlandıran sualları cavablandırmışdır.

Daha sonra valideyinlərdən Sultan Bayramlı çıxış edərərək “Bizim valdeyin kimi ən böyük kapitalımız övladlarımızdır. Dekanlığın hər bir tələbə ilə maraqlanmağı müsbət haldır və  yaratdığınız valideyin, tələbə, müəllim üçbucağının çox bəyənilən hal” olduğunu qeyd etmişdir.

Digər valideyinlərdən Məhərrəmov Ulduz, Abbasov Natiq çıxış edərək yaradılan təhsil şəraiti üçün Akademiya rəhbərliyinə təşəkkürünü bildirmişdir.