Bakı Dövlət Universiteti - 100


Bakı Dövlət Universiteti - 100

8 noyabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər  Akademiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Video-çarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın  tədris və elmi işlər üzrə prorektoru, dosent Fəhrad Möh­balıyev iştirakçıları salamlamış  və qeyd etmişdir ki, 2017-ci ilin 14 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamına uyğun olaraq respublikanın hər yerində müxtəlif tədbirlər keçirilir. BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, t.e.d., professor Anar İsgəndərov “Bakı Dövlət Universiteti 100 ildə”, AƏSMA HİH və sosial fənlər kafedrasının müdiri, fəl.f.d., dos. Zeynəddin ŞabanovBakı Dövlət Universitetində təhsil və onun perspektivləri”, AƏSMA HİH və sosial fənlər kafedrasının müəllimi, fəl.f.d., dos. Faiq Ələkbərov “Bakı Dövlət Universitetinin cümhuriyyət dövrü”, AƏSMA HİH və sosial fənlər kafedrasının müəllimi, fəl.f.d., dos. Hörmət Cavadova “Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri” mövzusunda maraqlı məruzələri dinlənilmişdir.Məruzələrdə Bakı Dövlət Universitetinin yaranma tarixi, rektorları, fakültə və kafedraları,  ixtisaslar, təhsil prosesi, pedaqoji və istehsalat təcrübəsinin qurulması, adlı və xüsusi təqaüdləri, SABAH kursları, kitabxanası, beynəlxalq əlaqələri, beynəlxalq reytinqi, BDU-dakı Elmi Tədqiqat İnstitutları, Əlavə Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. AƏSMA-da pedaqoji fəaliyyətlə məşğul olan BDU-nun məzunlarından Akademiya HİK-nin sədri Rübabə Məmmədova, kitabxananın müdiri Maya Abdullayeva, akademik məsləhətçi Mehparə Hidayətova xoş xatirələrini bölüşmüşlər.Tələbələri maraq­lan­dıran suallar cavablandırılmışdır.