Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır!


Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır!

08.11.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Dövlət Bayrağı gününə həsr olunmuş “Maliyyə xidmətlərinin  inkişafına dair Strateji Yol Xəritəsi”  mövzusunda tələbə elmi-praktiki konfransı keçirilmişdir.

Konfrans dövlət himni ilə açılmış, dövlət bayrağının tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Konfransı çıxış nitqi ilə Akademiyanın Tədris və Elmi İşlər üzrə prorektor F.F.Möhbalıyev açmışdır. O, qeyd etmişdir ki, bayrağımız çox keşməkeşli yollardan keçərək bu günə gəlib çatmışdır. 1918-ci il noyabr ayının 9-da ilk dəfə üçrəngli bayraq qəbul edilmişdir. Sovet rejimi dağılandan sonra Ulu Öndər H.Əliyev 1990-cı il 12 noyabr tarixində üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinə nail olmuşdur. 2009-cu ildə  prezident İlham Əliyev Dövlət Bayrağı gününün keçirilməsi barədə sərəncam imzaladı.

Daha sonra tələbələrdən Səyyad Mirzəzadə, Xədicə Verdiyeva, Ayşən Quliyeva, Əsgər Əhmədov, Türkan Cəfərli   və başqaları müxtəlif mövzularda çıxış etmişdirlər.

Sonda tələbələrə  iştirakına görə sertifikatlar və hədiyyələr təqdim olundu.