“AZƏRBAYCANDA SOSİAL İŞİN VƏZİYYƏTİ” MÖVZUSUNDA MÜHAZİRƏ


“AZƏRBAYCANDA SOSİAL İŞİN VƏZİYYƏTİ” MÖVZUSUNDA MÜHAZİRƏ

 Sosial İş İctimai Birliyinin nümayəndələri (AZSİİB)  5 oktyabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial iş” ixtisası üzrə I tədris ilində təhsil alan tələbələr üçün “Azərbaycanda sosial işin vəziyyəti” mövzusunda mühazirə oxumuşlar. Mühazirədə tələbələr ilə yanaşı Akademiyanın professor–müəllim heyəti də iştirak etmişdir. Maraq doğuran mühazirə zamanı sosial işin xaricdə və Azərbaycanda meydana gəlməsi, sosial işin mahiyyəti, sosial işçilərin vəzifələri, benefisiarlara yanaşma üsulları  haqqında ətraflı məlumat verilmiş, Birliyin nümayəndələrinin ayrı-ayrı müəssisələrdəki təcrübəsindən danışılmışdır. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, fikir mübadiləsi aparılmış, tələbələrin yeni təklifləri nəzərə alınmışdır.