“Azərbaycanda regionlaşma və onların maliyyə problemləri” mövzusunda elmi seminar keçirildi.


27 may 2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə və mühasibat uçotu” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanda regionlaşma və onların maliyyə problemləri” mövzusunda elmi seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev seminar  iştirakçılarını salamladı və iştirakçilara uğurlar arzuladı. Seminarı davam etdirmək üçün sözü “Maliyyə” fakültəsinin dekanı Mirzəyeva Hicrana verdi.

 Seminarın gedişatında tələbələr öz məruzələri ilə çıxış etdilər.