Sosial iş fakültəsi


Sosial iş fakültəsi 2020-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, “Sosial iş” ixtisası üzrə mütəxəssislər 2016-ci ildən hazırlanır. Fakültədə həm də “Sosiologiya” ixtisası üzrə kadrlar hazırlanır. Fakültə Respublikanın digər ali məktəblərinin uyğun fakültələri ilə sıx əlaqələr saxlayır, birgə tədbirlər həyata keçiririr. Fakültədə “Həmkarlar ittifaqları hərəkatı və sosial fənlər” kafedrası fəaliyyət göstərir.  Kafedrada 1 elmlər doktoru və  7 fəlsəfə doktoru tədrislə məşğul olur.  Fakültə Tələbə Elmi Cəmiyyəti mütəmadi olaraq dəyirmi masa, debat, seminar, konfranslar təşkil edir. Fakültə həmkarlar ittifaqı təşkilatının xətti ilə müxtəlif tədbirlər reallaşdırılır, ölkəmizin görməli və tarixi yerlərinə gəzintilər təşkil olunur,  intellektual və idman yarışları keçirilir. Sosial iş istiqaməti üzrə respublikada tanınmış mütəxəssislər fakültəyə dəvət olunur, fikir mübadiləsi aparılır. 

Fakültəyə Sədaqət Məmmədova rəhbərlik edir.