Qiymətləndirmə və monitorinq şöbəsi


Qiymətləndirmə və monitorinq şöbəsi payız və yaz semestrində Akademiyada tədris olunan fənlər üzrə sillabuslardakı mövzulara əsasən V, IX, XIII tədris həftələrində kollokviumların,  tədris ili ərzində isə monitorinqlərin keçirilməsini təşkil edir və keçirir. Şöbə yeni təhsil standartlarını özündə əks etdirən qaydalara diqqətlə yanaşır, Akademiya daxilində tədris ili ərzində 2 dəfə (qış, yaz) tədris planları ilə müəyyən olunmuş vaxtda imtahan sessiyalarını təşkil edir və keçirir. Tələbələrin sillabusdakı hər mövzu üzrə imtahan sualları ilə təmin edilməsinə nəzarət edir. Yay semestri təşkil olunduğu halda əlavə olaraq yay imtahan sessiyasınında keçirilməsini təşkil edir. Fənlər üzrə imtahanlar  “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanlar haqqında” və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında  Əsasnamə” yə uyğun və tərtib olunmuş cədvəllər üzrə həyata keçirilir. İmtahanlar Bolonya təhsil sisteminə əsasən kredit üsulu ilə aparılır və 100 ballıq sistemlə qiymətləndirilir.