Təsərrüfat şöbəsi


Təsərrüfat şöbəsi Akademiyada əmlak və avadanlığın uçotunu aparır, Mühasibatlıq ilə birlikdə qanunvericiliklə müəyyən olunmuş qaydada əşya-hesablama işini təşkil edir və Akademiyada maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;

İclasların və digər tədbirlərin hazırlanması və keçirilməsi üçün Akademiyanın struktur bölmələrinə texniki- təsərrüfat xidməti göstərilməsini təmin edir;

Akademiyada texniki avadanlığın, rabitə və nəqliyyat vasitələrinin, habelə digər əşyaların istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin edir və onların qorunub saxlanmasına nəzarət edir;

Akademiyada əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından qorunma qaydalarına əməl olunmasını təmin edir;

İn
zibati binanın və avadanlıqların səmərəli istismarı üzrə iş aparır;

lahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.

 

Təsərrüfat şöbəsinin müdiri Baxşalıyev Mötəbər Tahir oğludur.