Beynəlxalq əlaqələr şöbəsi


     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq əlaqələr” şöbəsi  Akademiyanın elmi şurasının 13.09.2019-cu il tarixli iclasının qərarına əsasən yaradılmış və şöbəyə rəhbərlik fizika-riyaziyyat elmimləri namizədi, dosent Calalov Mahir Calal oğluna həvalə edilmişdir.

    Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası öz beynəlxalq əlaqələrini, xarici tərəfdaş Unveristetlərlə əməkdaşlığını, əcməbi tələbə və müəllimlərin Akademiyaya cəlb olunmasını, müxtəlif  beynəlxalq layihə və proqramlarda iştirak etməyi, həmçinin Akademiyanın beynəlxalq arenada mövqeyinin formalaşması və nüfuzunun artması istiqamətində “Beynəlxalq əlaqələr” şöbəsi vasitəsi ilə Akademiyanın nizamnaməsinə, şöbənin əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun məqsədyönlü formada qurur və inkişaf etdirilməsi üçün fəaliyyət göstərir.

   Şöbənin əsas məqsədi, Akademiyanın daxili və xarici əlaqələrini təşkil edib müxtəlif əməkdaşlıqlar çərçivəsində beynəlxalq nüfuzunun inkişafına yönəltməkdir.

    Şöbə, həmçinin layihələrin hazırlanması və idarə olunması, Akademiyanın beynəlxalq səviyyəyə çatdırılması, əcnəbi tələbə və müəllimlərin tədrisə işə qəbulu zamanı onlara miqrasiya və müxtəlif məsləhətlər də verməyə çalışır. Bütün bu işlərlə yanaşı şöbə Akademiyanın fakültə və kafedrları, o cümlədən də təşkilatı struktur bölmələri ilə koordinasiyalı formada fəaliyyət göstərir.

Akademiyanın aesma.edu.az saytı vasitəsi ilə beynəlxalq əlaqələr sahəsindəki bütün yenilikləri, xəbərləri və elanları operativ formada Akademiyanın tələbə və professor-müəllim heyətinə, həmçinin ictimaiyyətə çatdırılır.