Maliyyə və mühasibat uçotu kafedrası


Maliyyə və mühasibat uçotu kafedrası

“Maliyyə və mühasibat uçotu” kafedrası Azərbaycan Əmək və Sosial Mü­na­si­bət­lər Akade­miya­sı­nın əsas tədris elm struktur bölməsi olub elmi-tədqiqat, elmi - metodiki vəsaitlərin hazırlanması, elmi-pedaqoji və elmi kadrların ha­zır­lanması, təhsilalanlarla təlim-tərbiyə işlərini hə­ya­ta keçirir. Kafedrada fənlərin tədrisi ilə 10 müəllim məşğul olur. Onlardan 1 nəfər el­mlər dok­­toru, professor, 4 nəfər  iqtisad üzrə fəlsəfə doktoru, dosentdir.  Kafedra müəllimlərindən 3 nəfər dissertant elmi işlərini ugurla icra etməkdədirlər.

2013-2019-cu illərdə kafedranın əməkdaşları tərəfindən 1 dərslik, 3 dərs və­sai­ti, 1 monoqrafiya, 31 metodik vəsait və fənn proqramı, 56 məqalə (2 mə­qalə xaricdə), 17 tezis (2 te­zis xa­ric­də) çap etdirilmişdir.

“Maliyyə və mühasibat uçotu” kafedrasına iqti­sad üzrə fəlsəfə doktoru, dosent Nurəngiz Yanvar qızı Mikayılova rəhbərlik edir.