İqtisadiyyat və idarəetmə kafedrası


“İqtisadiyyat və idarəetmə ” kafedrası Azərbaycan Əmək və Sosial Mü­na­si­bət­lər Akade­miya­sı­nın əsas tədris - elm struktur bölməsidir. Kafedrada fənlər üzrə tədrisin təşkili, elmi-tədqiqat işləri, elmi-pedaqoji və elmi kadrların ha­zır­lanması və tələbələrə (bakalavr və magistr pillələri üzrə) təlim-tərbiyə işləri və fəlsəfə üzrə elmlər doktoru hazırlanmasına rəhbərlik hə­ya­ta keçirilir. Kafedranın tərkibi: 2 elmlər doktoru, professor, 1 əməkdar müəllim, dosent, 7 iqtisad üzrə fəlsəfə doktoru, dosent, 4 müəllim və 1 labarantdan ibarətdir.

Kafedra müəllimlərindən 2 nəfər dissertant elmi işlərini uğurla icra etməkdədirlər. Onlardan 1 nəfəri dissertasiyasını yekunlaşdıraraq AMEA “İqtisadiyyat” İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasına təqdim etmişdir.

Kafedra müəllimlərinə Azərbaycan Respublikası Prezdenti yanında AAK tərəfindən 1 elmlər doktoru, 5 iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1 professor və 5 dosent elmi adları verilmişdir. 

2013-2019-cu illərdə kafedranın əməkdaşları tərəfindən; 4 dərslik, 8 dərs və­sai­ti, 3 monoqrafiya, 138 məqalə (18 məqalə xaricdə dərc edilmiş ), 22 beynəlxalq əhəmiyyətli xarici və yerli konfranslarda tezis, 36 respublika əhəmiyyətli konfranslarda tezis, 52 proqram, 5 metodiki göstəriş.

“İqtisadiyyat və idarəetmə” kafedrasına iqti­sad elmləri doktoru Vilayət İbrahim oğlu İsmayılov rəhbərlik edir.