2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının 2024-cü ildə keçirəcəyi tədbirlər sırasında nəzərdə tutulan - “Sağlam iş mühitinin təmin edilməsi” mövzusunda 17.04.2024-cü il tarixində “Dəyirmi masa” ətrafında müzakirələr - keçirilmişdir. İclasda ilkin olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra “Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının müdiri, dos.Niyar Əvəz qızı Umarova tədbir barəsində iştirakçılara məlumat verdi və sözü kafedranın müəllimi dos. Məmmədov Sirac Şami oğluna verdi. Sirac müəllim “Sağlam iş mühitinin təmin edilməsi” mövzusunu hazırladığı videoçarx vasitəsilə ətrafli şəkildə izah etdi. Tədbirdə kafedranın müəllimi Yunis İbrahim oğlu Ələkbərov “Həyat tərzi və sağlamlıq” adlı mövzusu üzrə geniş şəkildə məlumat verdi. Y.İ.Ələkbərovun çıxışından sonra Maliyyə-İqtisad fakultəsinini dekanı dos. Nurəngiz Mikaylova keçirilən tədbir haqqında öz müsbət fikirlərini bildirərək qeyd etdi ki, hazırki ekoloji böhranı nəzərə alaraq bu yönümlü tədbirlərin sayını artırmaq lazımdır.