AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Mühasibatlıq

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Mühasibatlıq” qüvvədə olan «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq akademiya tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti,operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə akademiyanın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir; daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesabatlarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliyyatlarının uçotunu təşkil edir; ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
 
Mühasibatlığa Əkbərova Hökümə Qoşunalı qızı rəhbərlik edir.
 
1-m-sm.jpg 2-m-sm.jpg3-m-sm.jpg