“Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas tədris elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir. Kafedrada fənlərin tədrisi ilə 9 müəllim məşğul olur. Onlardan 3 nəfər fəlsəfə doktoru, dosentdir. 2013-2017-ci illərdə kafedranın əməkdaşları tərəfindən 2 dərslik, 4 dərs vəsaiti, 14 metodik vəsait və fənn proqramı, 24 məqalə (2 məqalə xaricdə), 3 tezis (1 tezis xaricdə) çap etdirilmişdir.
“Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasına fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Süleyman Şirinov rəhbərlik edir.