AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

30.03.2017

30.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Mart-Tarixin Soyqırımı” adlı tədbir keçirilib. Anım tədbiri 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və erməni vəhşiliklərini əks etdirən rəsmlərdən ibarət sərginin nümayişi ilə başlanıb. Daha sonra Soyqırımla bağlı film nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüz illikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıblar. Çıxışlardan sonra Şirzad Pirallahının ifasında “Qalx ayağa, Azərbaycan!”, “Olsun gərək”, “İttiham-2” şeirləri səsləndirilib və Binəqədi rayonunun istedadlı gəncləri tərəfindən “Haray” və “Azərbaycan” mahnıları ifa edilib. 

Binəqədi rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

122456