AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

26-28.04.2017

26-28.04.2017-ci il tarixlərində Türkiyənin Niğde şəhərində Ömer Halisdemir Universitetində IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Simpoziumun təşkil edilməsində məqsəd Türk Dünyasında dövlətlərarası siyasi, iqtisadi, sosioloji, bölgə turizmi, dini və fəlsəfi, eyni zamanda türk dünyasında qadın çalışmalarının araşdırılmasından ibarət olmuşdur. Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə” fakültəsinin dekanı i.ü.f.d. dos. Hicran Mirzəyeva “Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişafının iqtisadi və sosial aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

2346