AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

25.02.2016

25.02.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. Akademiyanın professor-müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşən tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Tədris işləri üzrə prorektor Sirac Məmmədov ilk öncə bu mövzuda danışmağın onun üçün çətin olduğunu və bu amansız soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd etdi. O, erməni vandallarının törətdiyi Xocalı soyqırımını, insanlığa qarşı amansız bir cinayət adlandırdı.

ИмяИмяИмя

Sonra çıxış edən “Maliyyə” fakültəsinin 3-cü kurs tələbəsi Əhmədli Pərvin xronoloji ardıcıllıqla o illərdə cərəyan edən hadisələrdən,  “İqtisadiyyat” fakültəsinin 1-ci kurs tələbəsi Qalib Hüseynov isə erməni vəhşiliyindən və xalqımıza qarşı törədilən soyqrım siyasətindən danışdı. Daha sonra çıxış edən, Maliyyə fakültəsinin tələbələri Şıxməmmədov Mahmud, Zeynalov Tağı və nümayiş etdirilən “Yara” sənədli  filminin ssenari müəllifi və rejissoru Emil Lətifov isə Azərbaycan xalqının qarşılaşdığı faciələrdən, soyqırıma hüququ statusun verilməsi və dünya dövlətləri tərəfindən soyqırım kimi tanınması üçün gənclərin səmərəli fəaliyyətindən danışaraq, Xocalı soyqrımını bəşər tarixinin ən dəhşətli vəhşilik aktı adlandırdılar. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş “Yara” sənədli filmi  nümayiş etdirildi.

ИмяИмяИмяИмяИмяИмя