AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

19.01.2016

19.01.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı ilə Türkiyə Res­pub­li­kasının Celal Bayar Uni­versiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol im­za­lanıb. İmzalama mərasimində Celal Bayar Uni­versitetinin rektoru professor Kemal Çelebi və Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sının rektoru profes­sor Hü­seyn Qaraşov, eləcə də hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib­lər. 

ИмяИмяИмяИмяИмяИмя

Protokolda təhsil proqramları sahəsində birgə əməkdaşlıq; elm və təhsil la­yi­hə­­ləri­nin hazırlanması; fundamental və tətbiqi elmi-tədqiqat işlərinin yerinə yeti­ril­məsi; birgə el­mi-praktik konfransların, simpoziumların, sərgilərin təşkil edilməsi; dərs­liklərin, dərs və­saitlərinin və digər metodik vəsaitlərin işlənib hazır­lan­ması; tələ­bələrin, magistrlərin, dоk­­tоrantların, müəllimlərin və elmi işçilərin qısamüd­dət­li qarşılıqlı mü­ba­diləsi; təhsil pro­sesində innovativ metodların və qabaqcıl təlim tex­nologiyalarının tətbiqi üzrə təcrübə mü­badiləsinin həyata keçirilməsi; bey­nəl­xalq proqram və layihələrdə birgə iştirak edil­mə­si; hər iki ali təhsil müəssisəsinin dövri nəşrlərində çap imkanlarının yaradılması və qar­şı­lıqlı maraq doğuran digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

ИмяИмяИмяИмяИмяИмя

Hər iki ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak et­di­yi toplantının yekununda rektorlar imzalanmış protokolun əhəmiyyətinə, götürülən öh­də­lik­lərə münasibət bildiriblər. Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sının rektoru profes­sor Hü­seyn Qaraşov qonaqları akademiyanın maddi-texniki bazası ilə tanış edib.

ИмяИмяИмяИмяИмяИмя