AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

18.01.2016

18.01.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Akademiyanın tədris işləri üzrə prorektoru Sirac Məm­mədov, Tələbə Həmkarlar Komitəsinin sədri Mahmud Mahmudov, YAP Gənc­lər Birliyinin sədri Telman İmanov, tələbələr Xəlil Babayev, Fəridə Qəh­rə­ma­no­va və Daşqın Əsgərov milli azadlıq yolunda canlarından keçən Vətən övladla­rı­nın öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bil­di­riblər. Vurğulanıb ki, Vətən uğrunda qurban gedən qəhrəman oğul və qızla­rı­mı­zın xatirəsini yad etmək hər bir gəncin mənəvi borcudur. Anım tədbiri “20 Yan­var” faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

ИмяИмяИмяИмяИмяИмя