AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

16.03.2017

16.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­ya­sının müəllim və tələbə heyəti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Mü­haribə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. Akademiyanın kol­lek­ti­vi hər il Novruz bayramı ərəfəsində belə məkanlarda sakin olan qocalara baş çə­kir, onlara ürək-dirək, təsəlli verir, gətirdikləri bayram sovqatı ilə sevinc bəxş edir, on­ların unudulmadıqlarını, daim dövlətimizin qayğısı və himayəsi altında olduq­la­rı­nı çatdırır. 

123456

Pansionatın rəhbərliyi kollektivi mehribanlıqla qarşıladı. Direktor əvvəlcə, müəssisənin tarixi, müasir vəziyyəti barədə, onlara dövlətimizin qayğısı haqqında geniş məlumat verdi. Sonra bizi Pansionatın yüksək standartlara cavab verən yataq otaqları, çamaşırxanası, yeməkxanası, emalatxanası, qazan­xanası ilə tanış etdi.

789101112131415

Müəllimlər və tələbələr qocalarla bayram süfrəsi ətrafında şirin söhbətlər etdilər, müxtəlif mövzulara toxundular, onları maraqlandıran məsələlər və suallara cavab verdilər, ölkədə aparılan quruculuq, bərpa, abadlıq işlərindən danışdılar. Tələbələr şeirlər söylədi, mahnı töhfə etdilər, qocalarla bolluca rəqs edərək əsl bay¬ram əhval-ruhiyyəsi yaratdılar və gətirdikləri bayram sovqatını onlara payladılar. Aka¬demiyanın “Sosial iş” ixisası üzrə təhsil alan tələbələrinin təşəbbüsü ilə real¬la¬şan görüşdən qocalar razı qaldılar, kollektiv bir daha görüşmək ümidi ilə onlarla vidalaşdı.

161718192021222324252627282930