AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

12.12.2018

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə akademiynın tədris və elmi işlər üzrə prorektoru, Fərhad  Möhbalıyev açaraq ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etdi. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi memarı olduğu müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etmişdir.
Prorektor ulu öndərin elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışmışdır.
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini hər dəfə səsləndirdiyini xatırladan rektor bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib: "Ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır".
Tədbirin sonunda həyat və fəaliyyətini əks etdirən filim nümayiş etdirilmişdir.

Имя1Имя2Имя3
Имя4