AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

11.09.2015

11.09.2015-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətindən söz açıb. BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof Ba çıxış edərək Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafında oynadığı xüsusi roldan geniş danışıblar.

Daha sonra “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, müsabiqə 3 kateqoriyada (alimlər, tələbələr və kollektiv araşdırmalar) keçirilib.

“Tələbələr” nominasiyasında ikinci mükafata Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nərmin Əsgərova layiq görülüb.

�м� �м�