AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

10.12.2016

10.12.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərsu Həmkarlar İttifaqı Respublika Komitə­si­nin Beynəlxalq Multikultural Şəbəkəsi və Azərbaycan Əmək və Sosial Mü­nasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqlari” mövzusunda İnsan Hüquqları üzrə Ümumi Bəyan­na­mə­nin qəbul edilməsinin ildönümünə həsr edilmiş Respublika elmi kon­fran­sı keçirilmişdir. 

10.12.201610.12.201610.12.2016

Konfransı giriş sözü ilə Akademiyanın rektoru professor Hüseyn Qaraşov açmışdır. Rektor öz çıxışında azərbaycanlıların multikultural ənə­nələrindən danışmış, “Multikulturalizm ili” çərçivəsində ölkədə hə­ya­ta keçirilən tədbirlərdən söz açmışdır. Sonra  “Azərbaycan tolerantlıq modeli” mövzusunda  videoçarx nümayiş etdirilmişdir. Məruzəçilərdən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abasov azər­bay­cançılıq ideologiyasının mahiyyətini multikultural aspektdə təhlil etdi, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin səd­ri Cəmilə Səttarova  iş yerlərində multikulturalizm ənənələrinin qo­run­masından, bu istiqamətdə Azərbaycan Həmkarlar İttifaqları Konfe­de­ra­siyasının fəaliyyətindən danışdı.  

10.12.201610.12.201610.12.2016

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Apa­rat rəhbəri, hüquq ü.e.d., professor İsaxan Vəliyev multikultural mühiti insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim etməklə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üçün qəbul edilən qanunlar və onların işləmə mexanizmindən söhbət açdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə ü.f.d. Rəşad İlyasov Azərbaycan multikulturalizminin nəzəri və praktiki əsas­la­rını təhlil etdi Azərsu Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəl­xalq Əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Multikultural Şəbəkənin rəh­bəri Xəyalə Məmmədova Beynəlxalq Multikultural Şəbəkənin fəa­liy­yətindən məlumat verdi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, Bakı Dövlət Universitetinin professoru, sos.ü.e.d. Rafail Həsənov multikulturalizm və liberalizmin qarşılıqlı münasibətindən söz açdı, əcnəbi qonaqlardan Loren Marta (ABŞ) və Nvols  Nik (Niger) Azərbaycan multikulturalizmini əcnəbilərin gözü ilə təhlil etdilər. Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­miyasının müəllimi Şərafəddin Şərifov multikulturalizmin insan hüquqlarının həyata keçirilməsində rolundan, AMEA Fəlsəfə İnsti­tu­tunun əməkdaşı İlham Soltanov ədəbi qaynaqlarda və beynəlxalq konvensiyalarda multikulturalizm məsələsinin qoyuluşundan bəhs etdilər. 

10.12.201610.12.201610.12.2016

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının III kurs tələbəsi Xəlil Babayev multikulturalizmi Azərbaycan mədə­niyyə­ti­nin tərkib hissəsi kimi təhlil etdi, Azərbaycan Əmək və Sosial Müna­si­bət­lər Akademiyasının müəllimi Rinard Şərifov multikul­tu­ra­lizmi azərbay­­can­çılıq məfkurəsinin kredosu kimi əsaslandırdı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, fəl.ü.f.d., dosent Zeynəddin Şabanov isə multikulturalizmə olan müx­təlif yanaşma, baxış və münasibətlərə diqqəti yönəltdi. Sonda maraqlı fi­kir mübadiləsi oldu, təkliflər irəli sürüldü.