AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

05.02.2016

05.02.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sında “Azərbaycan iqtisadiyyatının potensial müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının stimullaşdırılması” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Akademiyanın rektoru, prorektorlar, kafedra mü­dir­ləri, şöbə və bölmə rəhbərləri, struktur vahidlərinin digər əməkdaşları və tə­lə­bələr iştirak etmişdir. Seminarın moderatoru “İqtisadiyyat və idarəetmə” ka­fed­ra­sının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Şövqi Quliyev olmuşdur. Tədbiri Aka­demiyanın rektoru, professor H.T.Qaraşov açıq elan edərək, dünyada gedən qlo­ballaşma prosesindən, ölkə iqtisadiyyatının inkişaf perspektivlərindən, təbii sərvət­lər­dən asılılığın aradan qaldırılması və ölkəmizdə dünya bazarı standartlarına uy­ğun rəqabətqabiliyyətli məhsullar istehsal edə bilən kadr potensialının hazırlan­ması işi­nin vacibliyindən danışdı.

ИмяИмяИмя

ИмяИмяИмя

Daha sonra söz moderator Şövqi Quliyevə verildi. O, qeyd etdi ki, “Məlum ol­duğu kimi 2015-ci ilin ikinci yarsından başlayaraq dünya ba­zarında neftin qiy­mə­ti azalmağa başlamışdır. Təbii olaraq bu proses Azərbaycan iqtisadiyyatına da cid­di təsir etmişdir. Belə hal özünü ilk növbədə ölkənin qızıl-val­yuta ehtiyyat­ları­nın azalmasında və milli valyutanın xarici valyutalara nəzərən de­valvasiya­sında gös­tərməyə başladı. Bildiyiniz kimi, ölkə prezidenti 2016-ci ilin isla­hatlar ili ola­ca­ğı­nı təbii ehtiyatlardan asılılığın mimumuma endiriləcəyini dəfə­lər­lə qeyd etmişdir. Bu baxımdan müasir dövrdə Azərbaycan iqtisadiyyatında qey­ri-neft sektorunun in­ki­şafının təmin edilməsi üçün ölkənin cari və potensial müqa­yi­səli üstünlük sa­hə­lə­ri­nin müəyyənləşdirilməsi və onların rəqabətqabiliyyətli inki­şa­fa keçirilməsi xüsusi ak­tuallığı ilə çıxış edir. Azərbaycan iqtisadiyyatının poten­si­al müqayisəli üstünlük sa­hələrinin müəyyənləşdirilməsi, ilk növbədə dayanıqlı iq­ti­sadi inkişafın əldə olun­ma­sına, layiqli məşğulluğun təmin edilməsinə və rəqa­bət­qabiliyyətli məhsul isteh­sa­lı­na əhəmiyyətli dərəcədə təsir edir. Beynəlxalq təc­rü­bə göstərir ki, ərazi ba­xım­dan kiçik olan ölkələr xarici iqtisadi əlaqələrdən aslılığı çox yüksək olur. Ölkəmiz ərazi baxımından kiçik olduğu üçün xarici iqti­sa­di əlaqələrdən aslılığı təbii ki, yük­sək­dir. Belə ki, 2006-2015-ci illərdə ölkənin xa­ri­ci ticarət dövriyyəsinin ÜDM-də pa­yı 52%-dən az olmamışdır. Həmçinin ixracın 8-10% Müstəqil Dövlətlər Birli­yi­nin (MDB), 90%-i isə digər dövlətlərin payına dü­şür. Ölkələr üzrə idxalda isə MDB-nin payı 22-30% olduğu halda, digər ölkələ­rin payı isə 70% təşkil edir. İxrac olu­nan məhsulların 92%-dən çoxu neft və neft məh­sullarına aid olduğu halda, id­xa­lın əmtəə strukturunda hələ də ərzaq məhsulla­rı­­nın xüsusi çəkisi 25-30%-ə qə­dər­dir. Aparılan təhlillər göstərir ki, qeyri-neft ixra­cı­nın əhalinin sayına nisbəti təq­ri­bən 200 ABŞ dolları həddindədir ki, bu da olduq­ca aşağı göstəricidir. Bu da ölkə iqtisadiyyatının səmərəli şəkildə diversifikasiya olun­maması mənasına gəlir. 2015-ci il üzrə ölkə iqtisadiyyatında diversifikasiya əm­salı 5,4-6 arasında dəyişir ki, bu da iqtisadi inkişafın dayanıqlığı üçün müsbət qiy­mətləndirilə bilməz. Qeyd etmə­li­yəm ki, malik olduğumuz müqayisəli üstün­lük məhsulları hazırda daha çox kənd tə­sərrüfatı və neft məhsullarıdır və ölkəmizin bey­nəlxalq bazarlarda üstünlük təşkil et­diyi məhsullar xammal və yarımfab­rikat­lar­dır. Digər tərəfdən isə bu məhsulları ha­zır məhsul şəkilində istehsal etmək üçün po­ten­sial imkanlar mövcuddur. Yəni Azər­baycanda müqayisəli üstünlük məhsul­la­rı­nı rəqabət üstünlüyünə çevirmək əsas hədəf olmalı və bunun üçün klasterlərdən is­ti­fadə ən ideal variant kimi gö­tü­rül­məlidir.

Tədbirin sonda məruzə ətrafında çı­xış­lar olmuş, geniş fikir mübadiləsi aparılmışdır.