AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Tədbirlər

07.06.2017-ci il tarixində “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İc­ti­mai Birliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­ya­sı­nın  “Sosial iş” ixtisasının birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxs­lərin hü­quqlarına hörmət hissinin aşılanması və onlar barəsində po­zi­tiv tə­səv­vür­lərin formalaşdırılmasına dəstək” mövzusunda maarif­lən­dirmə təd­biri keçirilib.

30.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan “Sosial iş” ixtisasının tələbələri və akademiya əməkdaşları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Dünyanın hər yerində, Xoşbəxt olsun uşaqlar!!” xeyriyyə aksiyası çərçivəsində, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbini” ziyarət ediblər.

26.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “28 May - Respublika günü”nə həsr olunmuş tədbir keçirilib.

26.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadiyyat və idarəetmə” kafedrasının əməkdaşı Xaqani Məmmədovun təşkilatçılığı ilə “28 May - Respublika günü”nə həsr olunmuş “Dünya ölkələri tələbələrin gözü ilə” mövzusunda el­mi seminar keçirilib.

23.05.2017-ci il tarixində Qərb Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbə elmi konfransı keçirilib. Kon­fransda iştirak edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sı­nın tələbələri Əhmədli Tural Eyvaz oğlu 1-ci, Orucova Aişən Zakir qızı 2-ci yerə la­yiq görülüblər. 

22.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­yasında Xalq artisti Rasim Balayevlə görüş ke­çi­ri­lib.

17.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­yasında “İqtisadiyyat və idarəetmə” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Döv­lət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun di­rek­tor müavini i.ü.e.d. Rövşən Quliyevin təqdimatında “Azərbaycan iqtisadiyya­tı­nın klasterial inkişaf perspektivləri” mövzusunda elmi seminar ke­çi­ri­lib.

05.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının əməkdaşı Svetlana Quliyevanın təşkilatçılığı ilə “Qeyri-səlis məntiq nəzəriyyəsi və onun tətbiq sahələri” mövzusunda elmi seminar keçirilib.

26-28.04.2017-ci il tarixlərində Türkiyənin Niğde şəhərində Ömer Halisdemir Universitetində IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Simpoziumun təşkil edilməsində məqsəd Türk Dünyasında dövlətlərarası siyasi, iqtisadi, sosioloji, bölgə turizmi, dini və fəlsəfi, eyni zamanda türk dünyasında qadın çalışmalarının araşdırılmasından ibarət olmuşdur. Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə” fakültəsinin dekanı i.ü.f.d. dos. Hicran Mirzəyeva “Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişafının iqtisadi və sosial aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

24-28.04.2017-ci il tarixlərində Azərbaycan Sosial İş İctimai Birliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə bürosunun maliyyə dəstəyi ilə, “Fillbright”proqramı çərçivəsində Amerika Dominikan Universitetinin professoru Dr. Leticia Villareal-Sosanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial işin etik prinsipləri” mövzusunda mühazirələri təşkil edilmişdir. 

27.04.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 94 il­li­yi­nə həsr olunmuş “Əmək münasibətlərinin inkişafının sosial-iqtisadi prob­lemləri” möv­zusunda konfrans keçirilib. 

25.04.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­yasının Həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirilib. 

01.04.2017-ci il tarixində Bakı Slavyan Universitetində “Müasir tərcüməşü­nas­lığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Respublika El­mi Konfransı keçirilib. 

30.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Mart-Tarixin Soyqırımı” adlı tədbir keçirilib. 

29.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. 

16.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­ya­sının müəllim və tələbə heyəti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Mü­haribə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. 

15.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadiyyat” fakültəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

14.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə” fakültəsinin təşkilatçılığı ilə I kurs tələbələri arasında “İnformatika” fənni üzrə Viktorina keçirilib. 

11.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­ya­sın­da “Future Group”-un təşkilatçılığı ilə “İş görüşməsi necə olmalıdır” möv­zu­sun­da təlim keçirilib. 

09.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­­yasında yazıçı Zəminə Cavadlının “Məhəbbətdən doğulanlar” kitabının təqdimatı keçirilib.

07.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­­yasında “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının müəllimi Niyar Umarovanın rəhbərliyi ilə “Əmək bazarının idarə edilməsində İKT-nin rolu” mövzusunda elmi seminar keçirilib.

03.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­­yasında Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib.

27.02.2017-03.03.2017-ci il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­­yasında Maliyyə fakültəsinin təşəbbüsü ilə “Gənc mühasiblərin yetişdirilməsi” təlimi keçirilib.

24.02.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə” fakültəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

28.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da "İqtisadiyyat" fakültəsinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.

27.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da “Maliyyə” fakültəsinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.

23.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat və idarəetmə” kafedrasının əməkdaşı Xaqani Məmmədovun təşkilatçılığı ilə “Dünya iqtisadiyyatında prioritetlər” mövzusunda el­mi seminar keçirilib. 

17.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı­nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir akade­mi­­­yanın fəaliy­yə­ti­nin 10 illiyinə həsr edilmiş video-çarxın nümayişi ilə baş­­layıb. Sonra qonaqları sa­lamlayan rektor Hüseyn Qaraşov akade­mi­ya­nın keçdiyi tarixi inkişaf yolundan və gələcək pers­pek­tiv­lərdən da­nışıb. 

10.12.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərsu Həmkarlar İttifaqı Respublika Komitə­si­nin Beynəlxalq Multikultural Şəbəkəsi və Azərbaycan Əmək və Sosial Mü­nasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqlari” mövzusunda İnsan Hüquqları üzrə Ümumi Bəyan­na­mə­nin qəbul edilməsinin ildönümünə həsr edilmiş Respublika elmi kon­fran­sı keçirilmişdir. 

06.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat və idarəetmə” kafedrasının əməkdaşı i.ü.f.d. N.Y.Mikayılovanın təşkilatçılığı ilə akademiyanın 10 illiyinə həsr olunmuş  “Azərbaycan iqtisadiyyatında yeni meyillər” mövzusunda el­mi seminar keçirilmişdir. 

28.11.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­­ya­sında aparıcı təşkilat qismində Azərbaycan Me­marlıq və İn­şa­at Universi­teti­nin doktorantı Bəşər Həbib oğlu Şirinovun iqtisad üzrə fəlsəfə dok­toru el­mi də­rə­cə­sini almaq üçün təqdim etdiyi “Azərbaycanın tikinti mü­əssi­sə­lə­rində dövriyyə ka­pitalından istifadənin səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dis­ser­ta­siya işinin müzakirəsi ke­çi­rilib.

15.11.2016 -cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gələcək naminə erkən nikaha son” adlı layihənin növbəti mərhələsi keçirilib. 

12.11.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sın­da təhsil alan tələbələrin valideynləri ilə akademiya rəhbərliyinin və pro­fes­sor-müəllim heyətinin görüşü keçirilib.

22.09.2016-cı il tarixdən 15.10.2016-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Kitab klubu”nun təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi, Akademiyanın İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Xəlil Babayevin “Kitablı əllər - Qızıl əllər” layihəsi həyata keçirilib.

11.10.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sında aparıcı təşkilat qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mər­kəzinin doktorantı Aysel Tofiq qızı Qasımovanın iqtisad üzrə fəlsəfə dok­toru el­mi dərəcəsini almaq üçün təqdim etdiyi “Ailə  himayəsindən məhrum ol­muş uşaqların sosial reabilitasiyasının təşkili istiqamətində həyata keçirilən so­si­al si­yasətin metodoloji aspektləri” mövzusunda dissertasiya işinin müzakirəsi ke­çi­rilib.

07.10.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasi­bət­lər Akademiyasında məzunlara diplomlar təqdim olunub.

24.06.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademi­ya­sın­da “Məzun günü” ke­çirilib. Akademiyanın professor-müəllim və tələbə heyəti, tələbə-məzunlar və valideynlərin iştirakı ilə gərçəkləşən tədbiri akademiyanın rektoru professor Hüseyn Qaraşov açaraq, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

15.04.2016-cı il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mətkəzinin üzvləri f.ü.f.d., professor Əyyub Kərimov, Rinard Şərifov və mərkəzin layihələr şöbəsinin əmək­daşı Aytən Məmmədova Azərbaycan Respublikasının ali təhsil müəssisə­lə­rin­də “Multikulturalizmə giriş” fənninin tədrisinin monitorinqinin aparılması çərçivə­sin­də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Şərafəddin Şə­ri­fo­vun “Multikulturalizm – etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli si­yasəti kimi” mövzusunda mühazirəsində iştirak ediblər.

14.04.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Ömrümüzü qısaldan zərərli vərdişlər” mövzusunda elmi seminar keçirilib.

17.03.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

04.03.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yüksək Texnologiyalar Parkında fəaliyyəti çərçivəsində sürətlə inkişaf edən – Neuron Technologies İKT şirkətinin layihəsi olan Unibook sisteminin təqdimatı keçirilib.  

25.02.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.

10-14.02.2016-cı il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin maliyyə dəstəyi, Azərbaycan Əmək və Sosial Müasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı və Milli Aviasiya Akademiyası Tələbə Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Gəncə Qış Universteti” adlı layihə keçirilib.

05.02.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sında “Azərbaycan iqtisadiyyatının potensial müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının stimullaşdırılması” mövzusunda elmi seminar keçirilmişdir.

19.01.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı ilə Türkiyə Res­pub­li­kasının Celal Bayar Uni­versiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol im­za­lanıb. 

18.01.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sında 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

28.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­­da təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərovun “İnkişafın zəruri və kafi şərti” mövzusunda mühazirəsi keçirilib. 

25.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rəsm müsabiqəsi keçirilib. 

25.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Kitab klubunun fəaliyyətinə start verilib. 

25.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.

19.12.2015-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademi­ya­sının müəllim və tələbə heyəti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər.

11.12.2015-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib.

09.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­yasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olun­muş “Azərbaycan iqtisadiyyatı tələbələrin baxışlarında” mövzusunda elmi seminar keçirilib

08.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol im­za­lanıb. İmzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sa­nıç və Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sının rektoru profes­sor Hü­seyn Qaraşov, eləcə də hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib­lər.

05.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sının ­müəllim-tələbə heyəti üçün Qobustan Dövlət Tarixi Bədii Qoruğuna  ekskursiya təşkil edilmişdir.

21.11.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sın­da təhsil alan tələbələrin valideynləri ilə akademiya rəhbərliyinin və pro­fes­sor-müəllim heyətinin görüşü keçirilib.

23.10.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sında “Böyük ermənistan” və ya erməni terrorizmi mövzusunda elmi seminar ke­çi­ri­lib. Seminarı giriş sözü ilə “Maliyyə” fakültəsinin dekanı Hicran Mirzəyeva açaraq “Bö¬yük ermənistan” iddiası ilə uydurma “erməni soyqırımı” məsələlərinin yaranmasının sə¬bəb və məqsədlərinə aydınlıq gətirib. 

30.09.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sında aparıcı təşkilat qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mər­kəzinin doktorantı Günel Fəttah qızı Behbudovanın iqtisad üzrə fəlsəfə doktoru el­mi dərəcəsini almaq üçün təqdim etdiyi “Azərbaycanda əlillərin cəmiyyətə sosial-iqtisadi inteqrasiyası istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

11.09.2015-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

26.05.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “28 May - Respublika günü”nə həsr olunmuş “Dünya ölkələri: faktlar və fərqli cəhətlər” mövzusunda “Ən yaxşı təqdimat” lahiyəsi keçirilib.
 
14.05.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında aparıcı təşkilat qismində Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantı Mətanət Həbib qızı Rizayevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Bazar münasibətləri şəraitində əhalinin həyat səviyyəsi və onun yaxşılaşdırılması yolları” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
 
17-21.03.2015-ci il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­demiyasının maliyyə dəstəyi və akademiyanın Tələbə Həmkarlar İttifaqı Ko­mi­təsinin təşkilatçılığı ilə “Gənc Həmkarların Naxçıvan Qış Universiteti” la­yi­hə­si həyata keçirilib. 
 
02.03.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib.
 
23.02.2015-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım günü keçirilib. Tədbir iştirakçıları ilk öncə Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
 
31.01.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində akademiyanın “Maliyyə” kafedrasının müəllimləri Şahin Qasımov, Şövqü Quliyev və Azər İbrahimovun rəhbərliyi ilə “Bank sisteminin müasir vəziyyəti: reallıqlar və perspektivlər” mövzusunda təlim keçirilib. Təlimdə bank sisteminin müasir vəziyyəti geniş təhlil edilmiş, layihə iştirakçılarının sualları cavablandırılmışdır.
 
29.01.2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2 fevral - Gənclər günü münasibətilə “TƏMİZ BİNƏQƏDİ NAMİNƏ GƏNCLƏR FORUMU” keçirilib. Forumda rayonun ictimai işlərində xüsusi fərqləndiyinə görə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının IV kurs tələbəsi Məmmədzadə Mahmud Mənsur oğluna İngiltərənin London Meridian Kollecində iki həftəlik ingilis dili kursu keçmək hədiyyə edilib.
 
19.01.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 yanvar ümumxalq hüzn günü münasibətilə tədbir keçirilib. Tədbirdən sonra akademiyanın professor-müəllim heyəti və tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər.
 
27.12.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.
 
18.12.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib.
 
16.12.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gənc ailələrin davamlılığının təmin olunmasında dövlətin təsiri özünü doğruldur” mövzusunda debat keçirilib.
 
12.12.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib.
 
30.11.2014-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə ixtisası üzrə IV kurs tələbəsi Mahmud Məmmədzadənin rəhbərlik etdiyi “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində “Böyük Şahmat Taxtası” adlı təlim keçirilib.
 
22.11.2014-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə ixtisası üzrə IV kurs tələbəsi Mahmud Məmmədzadənin rəhbərlik etdiyi “Müasir İqtisad Məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
 
16.11.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim və tələbə heyəti Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Uşaq Somatik sanatoriyasındakı körpələri ziyarət ediblər.
 
15.11.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiya rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib.
 
14.11.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Gənclər Təşkilatının VI Hesabat-Seçki Konfransı keçirilib. 
 
04.11.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Akademiya Həmkarlar İttifaqı Təşkilatının növbəti iclası keçirilib.
 
25.06.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2013-2014-cü tədris ilində Akademiyanı bitirən tələbələrin “Məzun günü” keçirilib.
 
14.05.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Oturaq həyat tərzi: sivilizasiyanın xəstəliyi” mövzusunda tədbir keçirilib.
 
28.04.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikasının Milli Qəhrəmanları ilə görüş keçirilib.
 
08.04.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Cəmiyyətin sosial-iqtisadi inkişafına kreditlərin təsiri” mövzusunda debat keçirilib.
 
31.03.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş anım tədbiri keçirilib.
 
21-28.03.2014-cü il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial tərəfdaşlıq, Həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri fəl.ü.f.d., dosent Zeynəddin Şabanov Beynəlxalq İslam Konqresi “İdrak” ictimai birliyinin təşəbbüsü və Küveyt Dövləti Vəqflər Nazirliyinin təşkilatçılığı ilə Küveyt şəhərində Vasatiyyə Beynəlxalq Mərkəzində “Radikalizmə və ekstremizmə qarşı mübarizə üsulları və mötədillik ideologiyası” mövzusunda seminarlarda iştirak edib.
 
14.03.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun rolu” mövzusunda debat keçirilib.
 
26.02.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 22-cü ildönümünə həsr edilmiş anım günü keçirilib.
 
17.01.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım günü keçirilib.
 
25.12.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilib.
 
12.12.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib.
 
06.12.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında məzunlara diplomların təqdimatı keçirilib.
 
30.11.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiya rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib.
 
14.11.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib.
 
04.10.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP Gənclər Birliyinin fəalları “Bakı Expo” Sərgi Mərkəzində keçirilən “Azərbaycan 10 ildə: Sosial-iqtisadi inkişaf” sərgisində iştirak ediblər. 
 
09-14.09.2013-cü il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri Xaçmaz şəhərində Tələbə Gənclər Təşkilatlarının fəalları üçün təşkil olunan Liderlik məktəbində iştirak ediblər. 
 
21.06.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2012-2013-cü tədris ilində Akademiyanı bitirən tələbələrin “Məzun günü” keçirilib.
 
21.05.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Cabarov Rəsul İlqar oğlu Türkiyənin İstanbul şəhərində Yedi Tepe Universitetinin təşkilatçılığı ilə keçirilən 8-ci Beynəlxalq Folklor Festivalında iştirak edib. 
 
20.05.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” adlı tamaşa nümayiş olunub.
 
14.05.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Neftçi futbol klubunun rəhbərliyi və futbolçuları ilə görüş keçirilib.
 
05-07.05.2013-cü il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Akademiyanın tələbələri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər Əliyev” zirvəsinə yürüş etmişlər. 
 
21.04.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tanınmış detektiv əsərlərin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı ilə görüş keçirilib.
 
04.04.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsi və İrəli İctimai Birliyi AƏSMA (Akademiya) Koordinatorluğunun təşkilatçılığı ilə “Uğura Bir Addım” adlı Conversation keçirilib. 
 
20-26.03.2013-cü il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının üzvləri Hindistanda səfərdə olublar. 
 
01.03.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycanda Həmkarlar İttifaqlarının tarixi haqqında” İrəli İctimai Birliyi Tarix Mərkəzi ilə Akademiya Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
 
27.04.2012-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı şəhər Məşğulluq İdarəsinin və Binəqədi rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında Əmək yarmarkası keçirilib.
 
01.12.2012-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasınnın mini futbol komandası Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən mini futbol turnirinin final oyununda Azərbaycan Texniki Universitetinin komandasını 8 - 3 hesabı ilə məğlub edərək turnirin qalibi olub.