AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Bakalavriat

Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respub­lika­sı­nın Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proq­ram­la­rının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis ha­zır­lı­ğı­nın həyata keçirilməsini təmin edir. Bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mü­tə­xəssis hazırlığını təmin edən təhsil prosesidir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­miya­sı­nda bakalavr hazırlığı, “Mü­­hasibat uçotu və audit”, “Döv­lət və bələdiyyə idarəetməsi”, “Maliyyə”, “İq­ti­sadiyyat” və “Sosial iş” ixtisasları üzrə təhsil proqramları, onlara müvafiq hazırlanmış təd­ris plan­la­rı, fənlər üzrə işçi tədris proqramları (sillabuslar) və digər normativ sənədlər əsa­sın­da həyata keçirilir.

Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tə­ləb­lərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edil­­miş qaydalar əsasında kredit sistemi ilə həyata keçirilir.

Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

akademiya1_sm.jpgbakalav_sm.jpg