AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

"Əmək və sosial münasibətlər" jurnalı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas mətbu orqanı “Əmək və sosial mü­na­sibətlər” elmi­-praktiki jur­na­lıdır. Jurnal ildə iki dəfə 8­-10 çap vərəqi həcmində, 300 tirajla çap olunur. Bu gün, elmi jurnalların çoxluq təşkil etdiyi bir zamanda, “Əmək və sosial mü­na­sibətlər” elmi­-praktiki jur­na­lının qarşısında təq­dim edilən məqalələr­də elmi səviyyənin yüksək olması, intel­lek­tual potensialın ye­tiş­di­rilməsi və möhkəm­lən­­dirilməsi, təhsilin key­fiy­yə­tinin yük­səl­dil­məsi, sosial­əmək mü­nasibətləri prob­lem­lə­ri­nin öyrənilməsinə töhfə vermək, in­for­masiya tex­nolo­gi­ya­­ları sahəsində son illərdə əldə olunmuş uğur­­ları beynəlxalq elmi əməkdaş­lıq­da tətbiq et­­mək və s. bu kimi mühüm vəzifələr durur. 
 
​“Əmək və sosial münasibətlər” elmi­-praktiki jurnalı in­tel­lektual diskussiyalar və elmi mə­­sə­lələr ətrafında fikir mübadiləsi aparmaq üçün həmişə açıqdır. Jurnal həm­kar­lar itti­fa­qı hərəkatı, sosial problemlər və müasir elmin ­ iqtisadiyyat, so­siolo­gi­ya, hü­quq və s. inkişafı ilə bağlı olan aktual məsə­lə­lərin əsl müzakirə mey­danı­dır.